“ABŞ təxribat və müstəmləkəçilik siyasəti aparır” - Peskov

"ABŞ təxribat və müstəmləkəçilik siyasəti aparır".

Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

O, qeyd edib ki, ABŞ zəifləyən hegemonluğunu saxlamağa çalışır.

"ABŞ Ukraynadan öz maraqları üçün istifadə edir. Bayden administrasiyası yeni geosiyasi reallıqlara məhəl qoymur, Ukraynadan Rusiyaya qarşı canlı hədəf kimi istifadə edir. O, nəyin bahasına olursa-olsun zəifləmiş hegemonluğunu qorumağa çalışır. Bayden reallıqlara məhəl qoymur. ABŞ siyasətinin  təxribatçı və müstəmləkəçi olduğu açıq-aydın görünür",-deyə Peskov əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31