Parisdə atışma - ölən və yaralananlar var
23 Dekabr 2022 16:45 DünyaFransanın paytaxtı Paris şəhərində 60 yaşlı naməlum şəxs şəhərin Engien küçəsində Colt 45 tipli tapançadan atəş açıb, ölən və yaralananlar var.
Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə "Agence France-Press" şəhərin polis departamentinə istinadən bildirib.
Ən azı 2 nəfərin öldüyü qeyd olunub və bir neçə nəfər yaralanıb.
Həmçinin əlavə olunub ki, atəş açan şəxs artıq saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31