Dörd qollu bitişik əkizlər doğuldu
23 Dekabr 2022 16:35 DünyaMisirin El-Mansura şəhərində bir qadın bədəni bir olan əkiz uşaq dünyaya gətirib.
Olaylar.az Milli.Az-a istinadən bildirir ki, bu barədə Daily Mirror məlumat yayıb.
Adı açıqlanmayan qadın uşaqlarının necə görünəcəyini bilib. Onlar hamiləliyin 9-cu ayında qeysəriyyə əməliyyatı ilə doğulublar.
İki baş, iki ayaq, dörd qolu və bir gövdəsi olan yeni doğulmuş körpələr həkim nəzarəti altında ixtisaslaşdırılmış xəstəxanaya köçürülüb. Uşaqların cinsiyyəti barədə məlumat verilməyib.
Məlumdur ki, əkizlərin qarın boşluğunda və döş qəfəsində çoxlu ümumi orqanlar var, ona görə də onların ayrılma ehtimalı azdır. Belə bir əməliyyatdan ölüm riski çox yüksəkdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31