ABŞ nə üçün Çinin daxili işlərinə qarışır? - ÖZƏL

Olaylar.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning bildirib ki, Pekin Vaşinqtonun Tibetdə insan haqlarının pozulması iddiası ilə əlaqədar bir sıra Çin rəsmilərinə qarşı tətbiq etdiyi məhdudlaşdırıcı tədbirləri ölkənin daxili işlərinə müdaxilə hesab edir. Onun sözlərinə görə, Çin müvafiq sanksiya təzyiqinə son qoyulmasını tələb edir.
"Biz israr edirik ki, Birləşmiş Ştatlar bu qondarma sanksiyaları qaldırsın və Tibetin işlərinə, ölkəmizin daxili siyasətinə qarışmağı dayandırsın", - deyə Mao Ning izah edib.
Çin Xarici İşlər Nazirliyinin nümayəndəsinin qeyd etdiyi kimi , Vaşinqtonun Tibetə görə Pekinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etmək hüququ yoxdur. O, həmçinin vurğulayıb ki, ABŞ-ın bu cür addımları ÇXR-in cavabına səbəb olacaq.
Daha əvvəl bildirilmişdi ki, Dövlət Departamenti Pekindən Sincan, Tibet və Honq Konqda insan haqlarının pozulmasına görə məsuliyyətə cəlb olunmasını tələb edib . Departamentdə qeyd edildiyi kimi, ABŞ 1989-cu il iyunun 4-də kütləvi etirazların yatırılması ilə bağlı Tiananmen meydanında baş vermiş hadisələri unutmayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31