“Biz təsdiq edə bilərik ki, Şimali Koreya ilkin silah tədarükünü başa vurub" - Con Kirbi
22 Dekabr 2022 23:54 DünyaRusiyanın "Vaqner" özəl hərbi şirkəti Ukraynadakı Rusiya qoşunlarını dəstəkləmək üçün Şimali Koreyadan silah partiyası alıb.
Olaylar.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə əlaqələndiricisi Con Kirbi bildirib.
"Biz təsdiq edə bilərik ki, Şimali Koreya avadanlıqların ödənişini edən "Vaqner" şirkətinə ilkin silah tədarükünü başa vurub. Ötən ay Şimali Koreya "Vaqner" tərəfindən istifadəsi üçün Rusiyaya raket və mərmilər çatdırıb", - o bildirib.
ABŞ-ın qiymətləndirməsinə görə, KXDR-in tədarük etdiyi silahların sayı Ukraynadakı hərbi əməliyyatların dinamikasını dəyişməyəcək.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31