700 illik Tövratın əlyazma nüsxəsini dollara satmaq istəyərkən tutuldu - ÖZƏL
22 Dekabr 2022 22:10 DünyaOlaylar.az xəbər verir ki, GİRESUN-un Bulancak rayonunda 700 il yaşı olduğu hesab edilən Tövratı 1,5 milyon dollara satmağa cəhd edən şəxs saxlanılıb.
Giresun İl Jandarma Komandanlığı qrupları İstanbuldan Bulancak mahalına gələn İ.M.P.-nin Tövratın əlyazmasını 1,5 milyon dollara satmağa çalışdığı xəbəri üzərinə hərəkətə keçib.
Təxminən 700 illik olduğu təxmin edilən Tövratın əlyazması qruplar tərəfindən tutulan şübhəlinin üzərində tapılıb. Nəzarətə alınan şübhəli barəsində "mədəni və təbii sərvətlərin mühafizəsi haqqında qanunu pozma" maddəsi ilə cinayət işi başlanıb. Müsadirə edilən Tövrat Giresun Muzey Müdirliyinə təhvil verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31