"Küveytdə tikiləcək elektrik stansiyası vasitəsilə körfəz ölkələri İraqa elektrik enerjisi verəcək" - ÖZƏL
22 Dekabr 2022 20:43 DünyaKüveytin xarici işlər naziri Səlim Abdulla əl-Cabir əs-Sabah ölkənin cənubunda tikiləcək Əl-Vəfra elektrik stansiyası ilə elektrik enerjisinin İraqa birləşdiriləcəyini bildirib.
Olaylar.az xəbər verir ki, Küveytin rəsmi xəbər agentliyi KUNA-nın verdiyi məlumata görə, xarici işlər naziri Sabah Küveyt ilə Körfəz ölkələri arasında elektrik enerjisi əlaqə sisteminin genişləndirilməsi layihəsinin açılış mərasimində çıxış edib.
Sabah, Əl-Vəfra elektrik stansiyasının Körfəz Əməkdaşlıq Şurasının (GCC) qarşılıqlı əlaqə sisteminin genişləndirilməsi layihəsinin ən mühüm sütunlarından biri olduğunu və elektrik enerjisinin İraqa buradan bağlanacağını bildirib.
GCCIA tarixində ilk dəfə elektrik enerjisinin bu elektrik stansiyası ilə qurumdan kənar bir ölkəyə bağlanacağını vurğulayan Sabah, layihənin 3000 meqavat istehsal etməyi hədəflədiyini qeyd etdi.
Sabah layihə üçün lazımi prosedurun tamamlandığını və 2024-cü ilin sonunda istifadəyə verilməsinin gözlənildiyini bildirib.
Digər tərəfdən, açılış mərasimində iştirak edən Küveyt İnvestisiya Fondunun baş direktoru Abdullah əl-Qanim, Küveytin 2500 meqavat elektrik enerjisindən, İraqın isə 3000 meqavat elektrik enerjisinin qalan hissəsindən faydalanacağını ifadə etdi. Küveyt və Körfəz ölkələri arasında elektrik enerjisinin qarşılıqlı əlaqə sisteminin genişləndirilməsi layihəsi.
Qənim bildirib ki, Əl-Vəfradan İraqın cənubundakı elektrik şəbəkəsinə iki yeni elektrik ötürücü xətti çəkiləcək.