Zelenskinin ABŞ səfəri Rusiyaya qarşı həlledici hücumun başlanması ilə nəticələnəcək
22 Dekabr 2022 12:34 Dünya"Ukrayna prezidenti V. Zelenskinin ABŞ səfəri Rusiyaya qarşı həlledici hücumun başlanması ilə nəticələnəcək. Vaşinqton iki milyard dollar, Patriot və HİMARS raketlərin tədarükünü həyata keçirəcək. V. Putinin Belarusa səfəri və V. Zelenskinin ABŞ səfəri hər iki ölkənin müharibəni yeni fazaya keçirməsinə hesablanıb". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, V. Putin Belarusu müharibəyə sövq edir. A. Lukaşenkonun buna gedəcəyi gözlənilmir. V. Zelenski isə, tam dəstəklə Ukraynaya qayıdır. Ukraynaya havadan müdafiə sistemləri və qırıcıların verilməsi reallaşır: "Demək olar ki, Ukrayna qış müharibəsində Rusiyaya sarsıdıcı zərbə vurub, yazda sərhədlərə çıxıb müharibəni bitirməyi planlaşdırır. Ukraynanın buna nail olacağı, Rusiyanı Ukraynadan tam vurub çıxaracağı mümkündür. V. Zelenskinin ABŞ səfəri uğurlu alındı. Bu səfərin reallaşmasında əsas səbəb Ukraynanın döyüş meydanında irəliləyişə nail olması və V. Zelenskinin qətiyyətli lider olmasını ortaya qoymasıdır. Ukraynanın Rusiyanı məğlub etməsi birbaşa Cənubi Qafqazda sülhün əldə edilməsinə və Azərbaycanın regionda güclənməsinə gətirəcək".