ABŞ: Biz Yəmən hökumətinə kömək etməyə hazırıq - ÖZƏL
21 Dekabr 2022 23:25 DünyaBirləşmiş Ştatlar Yəmən hökumətinə İranın dəstəklədiyi husilərin hücumları səbəbiylə neft ixracatını dayandırmasının mənfi nəticələrinin qarşısını almaq üçün yardım etmək öhdəliyinə sadiq olduğunu bildirib.
Olaylar.az xəbər verir ki, ABŞ-ın Sənadakı səfirliyinin Twitter hesabından verilən açıqlamaya görə, ABŞ-ın Sənadakı səfiri Stiven Faqin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Yəmənin xarici işlər naziri Əhməd bin Mübarəklə görüşüb.
Görüş zamanı Fagin husilərin hücumları nəticəsində neft gəlirlərinin itirilməsinin humanitar təsirindən ciddi narahatlığını dilə gətirib.
Ölkəsinin neft ixracının dayandırılmasının mənfi nəticələrinin aradan qaldırılmasında Yəmən hökumətinə yardım etmək öhdəliyinə sadiq olduğunu qeyd edən Fagin məsələ ilə bağlı geniş açıqlama verməyib.
Yəmən Prezident Şurasının sədri Rəşad əl-Alimi dünən bəyan edib ki, husilərin neft ixrac edən limanlara hücumlarından sonra bu aydan etibarən dövlət qulluqçularının maaşlarının ödənilməsində problemlərlə üzləşəcəklər.
Yəməndə İranın dəstəklədiyi husilər 2014-cü ilin sentyabrından paytaxt Səna və bəzi bölgələrə nəzarət edir.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ilin mart ayından husilərə qarşı Yəmən hökumətinə dəstək verir.Yəmən hökuməti ilə husilər arasında 6 aydır davam edən atəşkəs oktyabrın 2-də başa çatıb.
Husilər Hadramaut əyalətinin inzibati mərkəzi olan Mukella şəhərindəki Dabbe Neft Limanı və oktyabrda Şəbvadakı Ən-Nuseyma Neft Limanını, noyabrın 9-da isə Kuna limanını hədəfə alıblar.
Husilərin bəyanatında deyilir: "Biz hücumu kiçik bir xəbərdarlıq olaraq, Dabbe limanından xam nefti talamağa çalışan gəminin qarşısını almaq üçün həyata keçirdik". ifadəsindən istifadə edilmişdir.
Hücum beynəlxalq səviyyədə pislənərkən Husilərə gərginliyi artırmamaq və bu cür hücumlara son qoymaq çağırışları edilib.
Ölkədə illərdir davam edən qarşıdurmalarda 377 minə yaxın insan həyatını itirib. Dünyanın ən kasıb ölkələri sırasında olan Yəməndə vətəndaş müharibəsi səbəbindən böyüyən humanitar böhran dəhşətli həddə çatıb.