Küçələri internetsiz qoyan azərbaycanlı saxlanıldı - VİDEO

Türkiyənin İstanbul şəhərində oğurluq hadisəsi olub.

Olaylar.az lent.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Sultanqazi qəsəbəsində qeydə alınıb. İşçi paltarları geyinərək baxış etmək adı ilə quyunun ağzını açan 4 nəfər internet naqillərini kəsib aparıblar. Bununla da qəsəbənin 4 küçəsi internetsiz qalıb.

Məlumatla əlaqədar Sultanqazi Polis Şöbəsinin əməkdaşları əməliyyatlar keçiriblər. Nəticədə hadisədə şübhəli bilinən Seçkin. E, Sıddık. B, Hüseyn. C və azərbaycanlı Zaur. S saxlanılıblar.

Onların hər biri barədə oğurluq maddəsilə cinayət işi başlanıb. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31