Rusiya ordusuna könüllü qoşulan azərbaycanlı iş adamı həlak oldu - FOTO
21 Dekabr 2022 15:31 DünyaRusiyanın Sankt-Peterburq şəhərində yaşayan azərbaycanlı iş adamı Qalib İsayev Ukraynadakı müharibədə həlak olub.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Sankt-Peterburqda yaşayan diaspor üzvü Rizvan Şıxızadə məlumat yayıb. O bildirib ki, Q.İsayev Rusiya ordusu sıralarına könüllü olaraq qoşulub və aparılan döyüş əməliyyatlarında həlak olub.
Qeyd edək ki, vəfat edən Q.İsayev əslən Masallının Kolatan kəndindəndir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31