Serj Sarkisyan və qızları məhkəməyə çağırıldı

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan və iki qızı məhkəməyə çağırılıb.

Olaylar.az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyindən bildirilib.

S.Sarkisyan və qızları qanunsuz əmlak əldə etmək iddiası ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə dəvət olunublar.

Onların məhkəməyə çağırılması tələbini Baş Prokurorluq irəli sürüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31