ABŞ Rusiya neftinin qiymətinin tavanının azaldılmasına icazə verib? - ÖZƏL

Olaylar.az xəbər verir ki, Birləşmiş Ştatların maliyyə nazirinin müavini Adewale Adeyemo bildirib ki, ABŞ  tərəfdaşları və müttəfiqləri ilə Rusiya neftinin qiymət tavanının əlavə endirilməsini müzakirə etməyi planlaşdırır. Bu barədə Reuters agentliyi məlumat yayıb .
Onun sözlərinə görə , Rusiya Federasiyasının neft satışından əldə etdiyi gəlirlər azalmağa başlayıb, lakin yanacaq istehsalının tempi dəyişməz qalıb. Adeyemo etiraf edib ki, tavanın tətbiqi təşəbbüsünü dəstəkləyən ölkələr daha sərt tədbirləri müzakirə edəcəklər. O əlavə edib ki, ABŞ Rusiyaya iqtisadi təzyiqi davam etdirəcək.
Daha əvvəl "Kommersant" mənbələrinə istinadən xəbər vermişdi ki, Aİ -nin embarqosu  və neft qiymətlərinin yuxarı  həddi fonunda dekabrın 20 günü ərzində Rusiyadan neft ixracı 11% azalıb  .
Nəşrdə qeyd edildiyi kimi, hazırda neftin bir barreli üçün 60 dollar səviyyəsində müəyyən edilmiş tətbiq edilmiş qiymət tavanının təsiri o qədər də hiss olunmur, çünki 45 günlük keçid dövründə neftin qiymətinin yuxarı həddi tətbiq edilmədən daşınması mümkündür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31