Bryansk vilayəti dron hücumuna MƏRUZ QALDI

Rusiyanın Bryansk vilayətində energetika obyekti dron hücumuna məruz qalıb.

Olaylar.az xəbər verir ki, bu barədə regionun rəhbəri Aleksandr Boqomaz Teleqram kanalında məlumat verib.

"PUA-nın Trubçevski rayonunda rayon elektrik şəbəkəsinə hücumu nəticəsində administrativ bina və avtomobilə zərər dəyib. Zərərçəkən yoxdur", - deyə o bildirib.

Hadisə yerində xüsusi xidmət orqanları çalışır.

Qeyd edək ki, Braynsk Ukraynanın Sum vilayəti ilə həmsərhəddir.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31