Əfqanıstanda qız tələbələrin universitetə ​​getməsi də qadağan edildi - ÖZƏL

Əfqanıstan Ali Təhsil Nazirliyi qız tələbələrin universitetə ​​getməsinə qadağa qoyub. Əfqanıstanda qız tələbələrin orta məktəbdə təhsil almasına qadağa qoyulduqdan sonra onların universitetə də ​​getməsi rəsmi olaraq qadağan edilib.

Olaylar.az xəbər verir ki, Əfqanıstan Ali Təhsil Nazirliyinin sözçüsü Hafiz Zeiyaullah Haşimi bu barədə sosial media hesabında məlumat verib.

Əfqanıstanın bütün dövlət və özəl universitetlərində dərc edilən qərarda deyilirdi: 

"Nazirlər Şurasının qərarına əsasən, ikinci sərəncama qədər qızların təhsili dayandırılıb, sərəncamın icrası da daxil olmaqla, nazirliyə tezliklə təminat verməyinizi xahiş edirik".

Qeyd edək ki, qərardan əvvəl universitetlərdəki qız tələbələr kişi tələbələrdən ayrı oturmaq və müəyyən geyim qaydalarına uyğun geyinmək şərti ilə dərslərə qatıla bilərdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31