Yunanıstan Türkiyə qırıcısının qarşısını almağa çalışdı - ÖZƏL

Olaylar.az xəbər verir ki, yunan aviasiyası NATO missiyası çərçivəsində Egey dənizi üzərində uçan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin qarşısını almağa cəhd edib . Bu barədə Türkiyə Müdafiə Nazirliyinin bəyanatında deyilir.
"Yunanıstan Hərbi Hava Qüvvələri yenidən Egey dənizində türk F-16 qırıcılarının qarşısını almağa cəhd edib, lakin layiqli cavab alıb", - bəyanatda deyilir.
Türkiyə ordusunun məlumatına görə, NATO-nun NEXUS ACE Ege missiyası çərçivəsində keçirilən təlimlər barədə 24 saat ərzində Yunanıstan da daxil olmaqla bütün NATO ölkələri məlumatlandırılıb. Bununla belə, "Türkiyə F-16-larının qarşısını almaq cəhdi olub".
Türkiyə Müdafiə Nazirliyi əlavə edib ki, Yunanıstanın hərəkətlərinə cavab olaraq Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar havaya qaldırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31