Rusiya səfirliyi Martışevi tezliklə ABŞ-dan vətənə gətirmək üçün əlindən gələni edir - ÖZƏL
20 Dekabr 2022 11:59 Dünya"Rusiyanın ABŞ-dakı səfirliyi Rusiya vətəndaşı Yuri Martışevin mümkün qədər tez evə gətirilməsi üçün əlindən gələni edir. Rusiya vətəndaşı bu gün axşam saatlarında ABŞ həbsxanasından buraxılacaq".
Olaylar.az xəbər verir ki, bunu səfirliyin konsulluq departamentinə rəhbərlik edən Nadejda Şumova bildirib
"Bəli, mən təsdiq edirəm ki, dekabrın 20-də o, federal həbsxanadan buraxılacaq", - rusiyalı diplomat Martışevin çərşənbə axşamı azad edilib-edilməyəcəyi ilə bağlı suala cavab verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31