Ukrayna Soledar yaxınlığında əlavə qüvvələr alır - ÖZƏL

"Ukrayna Silahlı Qüvvələrinin komandanlığı Rusiya qüvvələrinin bu istiqamətdə əldə etdiyi uğurlara görə Donetsk Xalq Respublikasının (DXR) Soledar şəhərinə əlavə qüvvə və vasitələr göndərib".

Olaylar.az xəbər verir ki, bu barədə Luqansk Xalq Respublikasının (LXR) zabiti Andrey Maroçko məlumat verib.
Onun sözlərinə görə, Rusiya qoşunlarının Soledar yaxınlığındakı uğurları Ukrayna komandanlığını başqa istiqamətlərdən əlavə qüvvə və vasitələri köçürməyə, eləcə də ehtiyatlardan istifadə etməyə məcbur edir:
"Soledarın şimal-şərqində yerləşən Yakovlevka kəndinin azad edilməsi Ukrayna hərbi komandirlərini ciddi təşvişə salıb. Bölmələrimizin irəliləyişini dayandırmaq və Ukrayna qoşunlarının yarımdairəyə alınmasının qarşısını almaq üçün Soledar rayonuna ehtiyat batalyon göndərilib", - deyə o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31