Rusiyaya məxsus iki helikopter VURULDU
19 Dekabr 2022 22:14 DünyaBu gün Ukrayna ərazisində Rusiyaya məxsus iki helikopter vurulub.
Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri məlumat yayıb.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Ukrayna aviasiyası bir gün ərzində şəxsi heyətin və hərbi texnikanın cəmləşdiyi ərazilərə 12, işğalçıların zenit-raket komplekslərinin mövqelərinə isə 5 zərbə endirib:
"Ukrayna Müdafiə Qüvvələrinin raket və artilleriya bölmələri cari gün ərzində döyüş sursatı anbarını, iki komanda məntəqəsini və düşmənin iki canlı qüvvəsinin cəmləşdiyi ərazini vurub".
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31