Messinin paylaşımı rekord qırdı - FOTO

Argentinalı futbolçu Lionel Messinin instagramda paylaşdığı foto 46 milyona yaxın bəyənmə alıb.

Olaylar.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu paylaşım instaqramda idmançılar arasında ən çox bəyənmə toplayan post olub.

"Dünya çempionları! Bunu o qədər arzulayırdım, o qədər istəyirdim ki, hələ də inana bilmirəm. Ailəmə, məni dəstəkləyən hər kəsə, eləcə də bizə inanan hər kəsə çox təşəkkür edirəm", - deyə Messi paylaşımında bildirib.

Qeyd edək ki, bundan öncə instaqramda ən çox bəyənmə alan futbolçu Kriştiano Ronaldo idi.

Xatırladaq ki, Argentina Qətərdə keçirilən dünya çempionatının finalında Fransanı məğlub edib. Messi finalda iki qol vuraraq turnirin ən yaxşı oyunçusu seçilib.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31