Vladimir Putin və Lukaşenko arasında görüş olub

Rusiya Prezidenti Vladimir Putin Belarus lideri Aleksandr Lukaşenko ilə görüşüb.

Olaylar.az xəbər verir ki, Putin görüşdə Belarusun təkcə yaxşı qonşu deyil, həm də müttəfiq ölkə olduğunu, buna görə də bütün iqtisadi məsələlərin bunun əsasında həll olunduğunu bildirib.

Rusiyanın Belarusda nüvə layihələrini, elmi, kadr hazırlığını daha da inkişaf etdirməyə hazır olduğunu söyləyən Putin iki ölkə arasında münasibətlərin inkişafında iqtisadiyyatın prioritet olduğunu vurğulayıb.

Putin həmçinin Lukaşenkoya ticarəti artırmağa və kosmosda əməkdaşlığı inkişaf etdirməyə söz verib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31