Çanaqqala sahillərində 93 qeyri-qanuni miqrant xilas edilib - ÖZƏL

Çanaqqalada keçirilən əməliyyatlarda 93 qeyri-qanuni miqrant yerə endirilib.

Olaylar.az xəbər verir ki, Sahil Təhlükəsizliyi Qərb Mərmərə Qrup Komandirliyi qrupları, Ayvacık sahillərində nizamsız miqrantların olduğu rezin qayıq görüb.

Bölgəyə gedən qruplar "TCSG-905" qayığı ilə həyata keçirdikləri əməliyyatda müxtəlif ölkələrdən Yunan ünsürləri tərəfindən Türkiyə ərazi sularına sıxışdırılan 39 qeyri-qanuni miqrantı xilas edib.

Eyni bölgədə keçirilən başqa bir əməliyyatda rezin qayıqlarda olan 54 qeyri-qanuni miqrant yaxalanıb.Gəmidən endirilən 93 əcnəbi vətəndaş əməliyyatların ardından Ayvacık Əcnəbilərin Çıxış Mərkəzinə aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31