Rusların miqrasiyası Gürcüstan üçün problemə çevrilib- ÖZƏL
19 Dekabr 2022 15:18 DünyaOlaylar.az xəbər verir ki, Gürcüstan Rusiyadan kütləvi miqrasiya problemi ilə üz-üzədir.Bunu ölkə prezidenti Salome Zurabişvili deyib. "Bu, müəyyən mənada fürsət olan bir çağırışdır, çünki bu, bizə gürcü tolerantlığının və qonaqpərvərliyinin nə demək olduğunu bir daha göstərir, lakin qonaqpərvərlik axmaqlıq olmamalıdır". Ruslar üçün vizaların tətbiqindən danışan Zurabişvili qeyd edib ki, gələcəkdə arzuolunmaz niyyətlərin qarşısını almaq üçün "müvafiq qaydalar" lazımdır.
Gürcüstan prezidenti həmçinin bəyan edib ki, ölkə Avropaya inteqrasiya istiqamətində kursunu dəyişmir. "Avropa həqiqətən də açılıb, genişlənmə perspektivi yaranıb və bu, Avropa siyasətinin uğurunun nəticəsidir...". Gürcüstan müxalifətinin ölkəyə "kütləvi giriş" fonunda Rusiya vətəndaşları üçün viza rejiminin tətbiqini tələb etdiyi bildirilib.