Dünyanın buluşma nöqtəsindən ilk və fərqli səfər- Istanbuldan yazırlar
2 Dekabr 2022 10:29 DünyaQardaş ölkəyə budəfəki səfərim tamam fərqli idi. Bu dəfə nə tələbə övladım üçün kirayə ev axtarmağa, yaxud ona baş çəkməyə, nə də hansısa bir tədbirdə iştiraka gedirdim. Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirliyinin təqdimatı, qardaş ölkənin Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə baş tutan səfərimiz Türkiyənin turizm potensialı ilə yaxından tanış olmaq, bir neçə turizm bölgəsinə gedərək turistlərə göstərilən xidmətlər barədə cəmiyyəti bilgiləndirmək məqsədi daşıyırdı. Əvvəlcədən təqdim edilən proqrama əsasən ilk duracağımız Türkiyənin əsas turist şəhəri İstanbul idi. Haşiyə çıxaraq qeyd edim ki, bir neçə dəfə qardaş ölkədə olmağıma baxmayaraq budəfəki səfər mənə bir neçə ilkləri yaşatdı. Bunlardan biri təyyarəmizin dünyanın buluşma nöqtəsi kimi ad qazanan yeni İstanbul hava limanına hərəkət etməsi idi. İndiyə qədər Atatürk, Sabiha Gökçən hava limanlarında olsam da, İstanbul hava limanına ilk uçuşum idi.
Həqiqətən də deyildiyi kimi var. İstanbul Hava Limanı dünyanın buluşma nöqtəsi adını haqq edir. Gündəlik ortalama 100 min nəfərin səfər etdiyi hava limanı təkcə Türkiyənin yerləşdiyi coğrafiya deyil, eyni zamanda dünyanın ön böyük hava limanlarından sayılır. İstanbul hava limanı istənilən ölçüdə sərnişin və yük təyyarələrini qəbul etmək iqtidarındadır. Hava limanına səfər edənlərin sayı məsələsinə bir daha qayıdaraq qeyd etməyi özümə borc bilirəm ki, sutkalıq bu qədər yolçuların olmasına baxmayaraq hava limanının fəaliyyətində heç bir axsama, yaxud hansısa texniki problem yaşanmır. Ümumiyyətlə, hava limanında iş rejimi elə qurulub ki, gündəlik qeyd edilən sayda insanın buradan istifadə etdiyini belə düşünmək çətin olur. Çünki ani olaraq səfər edənlərin pasport-kontrol işləmləri, baqaj alınma proseduru həllini tapır. İstanbul hava limanından istifadə edən yerli və xarici ölkə vətəndaşlarının rahatlığının təmin edilməsi məqsədilə hava limanına metro xətti də çəkilib.
İstanbulun ağ ciyərləri
Bələdçimiz, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təbliğat qrupunun təmsilçisi Ahmet Mumcu hava limanından qalacağımız otelə qədər olan məsafədə İstanbulun əsas turist cəlb edən əraziləri barədə bizi məlumatlandırır. Hava limanından şəhər mərkəzinə istiqamət alınca diqqətimizi sol tərəfdəki geniş bir yaşıllıq ərazi cəlb edir. Ahmet Mumcu Belqrad meşəsi adı verilən ərazinin tarixi barədə qısaca məlumat verərək deyir ki, əslində bu ərazi İstanbulun ağ ciyərləri kimi də xarakterizə edilir. Çünki ərazi kifayət qədər böyük bir yaşıllığı əhatə edir: "Belqrad meşəsi İstanbulun şimalında təqribən 5,500 hektarlıq ərazini əhatə edir. Meşə sahəsi 1521-ci ildə Osmanlılara əsir düşən Belqrad şəhərindən didərgin düşmüş minlərlə serbin adını daşıyır. Coğrafi cəhətdən meşə Trakya yarımadasının ən şərq nöqtəsində yerləşir. Meşə ərazi Sarıyer və Eyüp rayonları arasında bölünür. Bir neçə tarixi su anbarı meşənin içində yerləşir".
Ahmet Mumcu bildirir ki, Belqrad Meşəsi İstanbulun ən gözəl yerindədir. İstanbulun Avropa tərəfində çox böyük bir əraziyə yayılan bu meşədə kifayət qədər sıx olan agaclar şəhərin trafikindən və stresindən xilas olmaq üçün gözəl bir məkandır. Qeyd etdiyim kimi Belqrad Meşəsinin adı, Qanuni Süleymanın dövründə bu bölgədə məskunlaşmış Belqrad xalqının adından gəlir".
Bələdçimiz deyir ki, meşə həm də yürüş və gəzinti etmək üçün gözəl bir məkandır. Xüsusilə yay fəslində ərazidə gözəl bir hava hökm sürür. Meşədə kafelər, digır iaşə obyektlərinin olması buranı həftə sonları daha qələbəlik edir və istər istanbullular, istərsə də şəhərin xarici qonaqları, turistlər həftə sonu buraya gələrək piknik etməyə üstünlük verirlər.
Ahmet Mumcu deyir ki, Belqrad meşəsinin daxilində də turistlərin ziyarət edə biləcəyi çoxlu sayda ərazilər var. Bura Böyük Çeşmə, Falih Rıfku Atay və Neşet Suyu Mesira kimi bölgələr daxildir və turistlərin üz tutduğu çoxsaylı məkanlardan biridir.
Şəhər mərkəzinə yaxınlaşdığımız zaman namaz vaxtını tuş gəldiyi üçün İstanbulun bütün iri məscidlərindən azan səsləri eşidilir. Sultanahmet məscidinə yaxınlaşdıqca bu səs daha möhkəm eşidilməyə başlayır. Sultanahmet məscidindən söz düşmüşkən bələdçimiz deyir ki, bura da turistlərin səfər etdiyi çoxsaylı məkanlardan biridir: "Binanın ən əhəmiyyətli xüsusiyyəti, İstanbuldakı tək 6 minarəli məscidin olmasıdır. Ayasofyanın əksinə olaraq yüksələn mədrəsə hissəsi olan qüdrətli məscid indi baş nazirlik arxivi kimi istifadə edilən və məktəb, bazar, darüşşifa, imaret və məzar kimi bölmələrə malik böyük bir kompleksdə yerləşdirilib. Bundan başqa Topkapı Sarayı da gündəlik yüzlərlə şəxsin ziyarət etdiyi məkandır.
1460-1478 illəri arasında Sarayburnunun 700.000 kvadrat metrlik ərazisində tikilmiş olan Topkapı Sarayı, Osmanlı İmperiyasının inzibati mərkəzi olaraq 4 əsrdir istifadə edilib. Daxili içə keçmiş 4 həyətdən ibarət saray, 1924-ci ildə Türkiyə Respublikasının ilk muzeyi halına gətirilərək xalqa açılıb.
Dinləri birləşdirən məkan
Müsəlman dünyası və xristianlar üçün böyük əhəmiyyət daşıyan Ayasofya Muzeyi, məscidi də İstanbula səfər edən turistlərin, istər müsəlman, istərsə də xristianlatın üz tutduğu məkanlardan biridir. Ona görə də bu tarixi abidəni dinləri birləşdirən məkan kimi də xarakterizə edirlər. Tarixi abidə İ. Justinian tərəfindən üçüncü dəfə inşa olunub. Tamamlanmasının ardından, dünyanın ən böyük katedralının adı 1000 ilə yaxın olan dini quruluş, İstanbulun fəthindən dərhal sonra İslam elementləri əlavə edərək abidə halına gətirildi.
Qalata qülləsi də turistlərin ən çox üz tutduğu ərazilərdəndir. Dünyanın ən qədim növlərindən biri olan Qalata qülləsi əvvəlcə Bizans İmperatoru Anastasius Oilosuz tərəfindən 528-ci ildə tikilib. Müxtəlif dövrlərdə baş verən fəlakətlərdən sonra müxtəlif dövrlərdə radikal təftiş prosesləri keçirib. 1967-ci ildən bu yana 70 metr yüksəklikdə bir quruluşa sahib olduğundan, Qalata İstanbula gələnlərin ziyarət etmələri üçün əvəzsiz bir yerdir.
Axşam yeməyini Boğaza yaxın bir yerdə etdiyimizdən bələdçimiz Boğaz barədə də bizləri məlumatlandırır. Bildirir ki, İstanbul boğazı dünyanın ən təsirli yerlərindən biridir: "İki qitəni bir-birindən ayıran İstanbul Boğazı, ən gözəl şəhərlərin görünüşlərini ortaya qoyarkən, səyahətçilərə heyranlıq verir. Boğazı ziyarət etməyin ən xoş və asan yollarından biri, şəhərin müxtəlif nöqtələrində təşkil edilən Boğaz turlarında iştirak etməkdir.
İstiqlal caddesi də İstanbula turist səfəri edənlərin üz tutduğu məkanlardan biridir. Məlumata görə, keçmiş Grande Rue de Pera, bugünkü İstiqlal Caddesinin Bizans dövrünə aiddir. Vərəm epidemiyasından sonra, ərazidə məskunlaşmış fransızlar küçə keçidlərinə, yemək-içmə yerlərinə və memarlıq və ticarət baxımları ilə zənginləşdirilmiş mağazalara cəlb olunurlar.
Polonezköy Təbiət Parkı da İstanbulda ən çox ziyarət olunan ərazilərdəndir. İstanbulun Anadolu Yakasında son dərəcə sakit bir ərazi olan Beykozda yerləşən Polonezköy Təbiət Parkı çox mükəmməl bir gəzinti yoluna sahibdir. Buraya müxtəlif gəzinti yolları daxildir. Ərazinin ətrafında müxtəlif restoranlar və yaşayış yerləri mövcuddur. Velosiped sürmək, qaçış, gəzinti, gəzinti və təbiət idmanı ilə maraqlanan insanların çox bəyənə biləcəyi yerlər arasındadır.
Vadi İstanbul
Vadi İstanbul proyekti İstanbulun ən dəyərli bölgələrindən biri olan Sarıyerin Maslak səmtində Belqrad meşəsi ilə əhatə olunmuş ərazidə inşa edilib Köklü Artaş inşaat və İnvest inşaat şirkətlərinin ortaq həyata keçirdiyi layihənin inşaat sahəsi 1.300.000 kv.m ərazini əhatə edir. Layihə 3 etapdan ibarət yaşayış kompleksləri, Alış Veriş Mərkəzi, Otel, Ofis binaları, kafe-restoranlar, ticarət və əyləncə məkanları, və s nəzərdə tutur.
Proyekt TEM anayolu üzərində, Türk Telekom Stadionuna qonşulugunda yerləşir. Layihədən İstanbul Yeni Hava Limanına 20 dəqiqəyə, FSM körpüsünə 7 dəqiqəyə, Levent, Beşiktaş, Nişantaşı bölgələrinə 10 dəqiqəyə rahatlıqla gedilə bilir. Bundan başqa Türkiyədə İlk və özəl metro xətti proyektin içindən keçir ki, bu da proyektin özəlliyini və dəyərini artıran nüanslardandır.
Vadi İstanbul layihəsinin yaşayış kompleksi 3 etapda (Terras, Bulvar və Park), toplam 3.000 mənzildən ibarətdir. Mənzillər 69 - 305 m2 arasında dəyişən 1+1, 2+1, 3+1, 4+1 və 5+1 mənzil tiplərindən ibarətdir. Ən son texnologiyanın, konfortun və təhlükəsizliyin maksimum dərəcədə tətbiq edildiyi binalarda sakinlərin rahatlığı üçün ağıllı ev sistemi (SmartHome), mətbəxt mebeli və dəstləri (soba, aspirator, mikrodalğa, qabyuyan), açıq və qapalı qaraj yerləri, təhlükəsizlik xidməti və kameraları, uşaq oyun sahələri, açıq və qapalı üzmə hovuzları, fitness mərkəzi, sauna, hamam, basketbol, futbol və tennis sahələri, sinema və digər sosial məkanlar sakinlərin xidmətindədir.
Ardı var
Süleyman İsmayılbəyli
Bakı-İstanbul
.jpg)
