Bu şəxslər səfərbərliyə cəlb edilməsin- TƏKLİF- ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Dövlət Dumasının deputatları səfərbərliklə bağlı yeni təklif irəli sürüb. Təklif 16 yaşına çatmamış iki uşağı olan kişilər və hamilə yoldaşı olan kişilər üçün nəzərdə tutulub. Deputatlar həmin şəxslərin səfərbərliyə cəlb edilməsinin düzgün olmadığını vurğulayıblar. Hazırda 16 yaşınadək üç uşağı olan kişilər  səfərbərlikdən azaddırlar. Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin səfərbər edilmiş vətəndaşlara dəstək tədbirləri haqqında fərman imzalayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31