"Biz yeni dünya müharibəsi istəmirik” - Makron

Fransa prezidenti Emmanuel Makron bildirib ki, ölkə Ukraynadakı münaqişəyə müdaxilə etmədən onu dayandırmaq istəyir.

Olaylar.az xəbər verir ki, o, bu barədə TF1 və France 2 telekanallarına müsahibəsində bildirib.

"Biz Ukraynada müharibənin uzun müddət davam edəcəyinə hazır olmalıyıq. Yay və payızın əvvəli çətin olacaq. Biz müharibəyə qarışmadan onu dayandırmaq istəyirik. Biz yeni dünya müharibəsi istəmirik", - deyə Fransa lideri bildirib.

Makron həmçinin qeyd edib ki, Fransa Ukraynaya kömək etməyə davam edəcək və Rusiyaya qarşı sanksiyalar tətbiq edəcək.

sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31