"44 yaşayış məntəqəsinə nəzarət bərpa edilib" - Dmitri Butriy

Ukrayna ordusunun əsgərləri Xerson vilayətində artıq 44 yaşayış məntəqəsinə nəzarəti bərpa ediblər.

Eyni zamanda, rayonun əksər hissəsi hələ də müvəqqəti işğal altındadır.

Olaylar.az redaktor.az-a istinadən xəbər verir ki, bu barədə Regional Hərbi Administrasiyanın rəhbəri Dmitri Butriy brifinq zamanı deyib.

Butriyanın sözlərinə görə, işğaldan azad edilmiş yaşayış məntəqələrini yaşayış evlərini, məktəbləri, uşaq bağçalarını Rusiya hərbçiləri daima  atəş altinda saxlayırlar. 

Ümumilikdə, Xerson vilayətində işğal altında  656 yaşayış məntəqəsi var. Onların əksəriyyəti genişmiqyaslı müharibənin ilk günlərindən işğalçıların nəzarəti altındadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31