Britaniyanın yeni Baş naziri kim olacaq?- Namizəd açıqlandı - FOTO

Britaniyanın müdafiə naziri Ben Uollesin Mühafizəkarlar Partiyasının lideri və ölkənin gələcək Baş naziri olmaq şansı böyükdür.

Olaylar.az xəbər verir ki, bunu "YouGov" analitik resursunun sorğusu üzə çıxarıb.

Britaniya toriləri arasında Boris Consonun istefasından sonra partiya üzvlərinin kimləri lider kimi görməyə üstünlük verəcəyi ilə bağlı sorğuda Uolles səslərin 13 faizini toplayaraq birinci yeri tutub.

İlk üçlükdə Britaniyanın ticarət siyasəti üzrə müşaviri Penni Mordaunt (12 faiz) və xəzinədarlıq kansleri Rişi Sunak (10 faiz) da var.

Mühafizəkarların lideri və Britaniyanın Baş naziri postuna digər ən populyar namizədlər arasında xarici işlər naziri Liz Tras və mənzil-kommunal xidmətlər naziri Maykl Qouvun da adı çəkilir.

azpost

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31