İlon Maskla bağlı ŞOK DETAL: İşçisindən əkiz uşaqları oldu..
7 İyul 2022 15:30 Dünya"Tesla" və "SpeysX" şirkətlərinin sahibi İlon Mask şəxsi həyatı ilə gündəmə gəlib.
İş adamının şirkətinin yüksək vəzifəli əməkdaşından qeyri-qanuni övladı olduğu ortaya çıxıb. Məhkəmə sənədlərinə görə, müğənni Qrayms surroqat vasitəsilə körpələrini dünyaya gətirməzdən bir neçə həftə əvvəl İlon Maskın başqa qadından əkiz uşaqları olub. "Insider"in məlumatına əsasən, sözügedən qadın, iş adamının beyin-maşın interfeysi şirkəti "Neuralink"in 36 yaşlı baş əməliyyat direktoru Şivon Zilisdir.
Bununla da İlonun doqquz uşağı olduğu üzə çıxıb. Qeyd olunub ki, Mask və Zilis aprel ayında əkizlərin adının dəyişdirilməsi üçün ərizə veriblər. Əkizlərin noyabrda dünyaya gəldiyi bildirilib.
Həmçinin xəbər portalı yazıb ki, Kanadanın Ontario şəhərində anadan olan Zilis 2015-ci ildə Maskla birlikdə qurduqları süni intellekt tədqiqatı və paylanması qeyri-kommersiya təşkilatı olan "OpenAI" vasitəsilə tanış olub. Yale Universitetində iqtisadiyyat və fəlsəfə təhsili alan Zilis həm də qadınlardan ibarət xokkey komandasında qapıçı kimi fəaliyyət göstərib. O, 2017-ci ildə "Teslada süni intellekt sahəsindəki təcrübəsindən istifadə etmək şansı qazanıb.
Sfera.az