Nigeriyada 900-ə yaxın məhbus həbsxanadan qaçdı

Nigeriyanın paytaxtı Abucanın kənarında yerləşən Kuje həbsxanasına edilən basqın nəticəsində 900-ə yaxın məhbusun qaçdığı açıqlanıb.

Olaylar.az Oxu.az-a istinadən xəbər verir ki, "Haber Global"-ın məlumatına görə, qaçan məhbuslardan 443-nün tutulduğu, qalanlarının isə hələ də qaçaq olduğu öyrənilib.

Basqının terror təşkilatı "Boko Haram" tərəfindən həyata keçirildiyi qeyd edilib. İnsident zamanı 4 məhbus, 1 mühafizəçi və çoxlu sayda yaraqlının öldürüldüyü, 16 nəfərin yaralandığı bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31