"Rusiya Qərbin sanksiyalarından çox əziyyət çəkəcək" - Business Insider

Rusiya Qərbin sanksiyalarından İran və Venesueladan daha çox əziyyət çəkəcək.

Olaylar.az xəbər verir ki, beynəlxalq iqtisadçıların bu proqnozunu "Business Insider" dərc edib.

Nomura Tədqiqat İnstitutunun iqtisadçısı Takaxide Kiuçi xatırladır ki, hər iki ölkə neftdən görünməmiş mənfəət əldə edirdi, lakin sanksiyalardan sonra hasilatı əhəmiyyətli dərəcədə azaltmağa məcbur oldular.

"Xarici sərmayələrin ölkəni kütləvi şəkildə tərk etməsindən Rusiya neft sənayesinin də zərər görəcəyi ehtimal edilir. Rusiya İran və Venesueladan da çox əziyyət çəkə bilər, çünki ona qarşı sanksiyaların əksəriyyəti ABŞ tərəfindən qoyulub. Bundan başqa, Britaniya Rusiya neftinin idxalına qadağa qoyub, Avropa İttifaqı ölkələri isə ilin sonuna qədər satınalmaların 90 faizini qadağan etməyə razılaşıblar", - Kiuçi deyib.

"İran və Venesuelada neft hasilatı ABŞ sanksiyalarından sonra dayanıb. Buna görə də İran 2015-ci ilin iyulunda altı qüdrətli dövlətlə - ABŞ, Böyük Britaniya, Çin, Fransa, Almaniya və Rusiya ilə sanksiyaların, yumşaldılması müqabilində nüvə proqramını məhdudlaşdırmaq üçün tarixi razılaşma əldə etdi. Sanksiyaların ləğvindən sonra İran neftinin ixracı 2016-cı ildə gündəlik 2 milyon, 2018-ci ildə isə 2,8 milyon barelə yüksəlib", - yazıda qeyd olunur.

azpost

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31