"Taxıl ixracının təşkili ilə bağlı danışıqlar davam edir" - BMT

Ukraynadan taxıl ixracının təşkili ilə bağlı danışıqlar davam edir, indiki şəraitdə gübrə istehsalı son dərəcə vacibdir.

Olaylar.az xəbər verir ki, bunu BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrik deyib.

"Danışıqlar davam edir <...>. Və təbii ki, gübrə məlum səbəblərə görə həyati əhəmiyyət kəsb edir", - deyə S.Cüjarrik bildirib.

Onun sözlərinə görə, taxıl təchizatı problemləri təkcə ərzaq təhlükəsizliyinə deyil, həm də heyvandarlıq sektoruna təsir göstərir.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31