"Hər zaman yadda saxlayın ki, orada ərazinin bir hissəsi var - Alyaska!" - Vyaçeslav Volodin

"ABŞ Rusiyanın xaricdəki resursları ilə bağlı sərəncam verməməlidir, çünki Rusiyanın da geri qaytaracağı şey var".

Olaylar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.

"Dürüst olmaq zəiflik deyil, verəcək cavabımız həmişə var. Qoy, Amerika hər zaman yadda saxlasın ki, orada ərazinin bir hissəsi var - Alyaska. Resurslarımızla bağlı qərar verməzdən əvvəl bizim də geri qaytarılacaq bir şeyimizin olduğunu düşünsünlər", - Duma sədri bildirib.

Bir müddət əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova CNN-in köşə yazarı Frederik Pleytgenin Ukraynadakı vəziyyətlə bağlı suallarını cavablandırarkən tarixi torpaqlar və Alyaska haqqında zarafat etmişdi.

Rusiya prezidenti Vladimir Putin isə açıqlamalarının birində demişdi ki, I Pyotr əraziləri qaytarırdı və eyni aqibət müasir Rusiyanın da üzərinə düşüb.

azpost

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31