Global Times: ABŞ deqradasiya dövrünə qədəm qoyub

Olaylar.az xəbər verir ki, Çinin "Global Times" portalı ABŞ-ın inkişaf istiqamətini itirdiyini və milli deqradasiya dövrünə qədəm qoyduğunu bildirib.

"ABŞ istiqamət hissini itirmiş ölkəyə çevrilir"- RİA Novosti nəşrə istinadən yazır.

Bu vəziyyəti ABŞ həyatının bütün sahələrində - siyasi, iqtisadi, sosial və mədəni sahələrdə sistemli islahatlar vasitəsilə dəyişmək olar.

Lakin problem ondadır ki, bu ölkədə dövlətlərin hərəkatını düzgün istiqamətə aparmağa qadir lider yoxdur.

Amerika elitası getdikcə daha böyük qlobal təlatümlərə səbəb olmaqla daxili böhranları həll etməyə üstünlük verir.

Bu isə dünya ictimaiyyətini narahat edir. 

Ağ Evin hazırkı rəhbərliyi bunun üçün Ukrayna münaqişəsindən istifadə edərək Rusiyaya qarşı mübarizə tədbirlərinə həddindən artıq diqqət yetirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31