Türkiyədə avtobus dərəyə yuvarlandı: Ölənlər və yaralılar var
6 İyul 2022 13:37 DünyaTürkiyənin Konya vilayətinin Yunak rayonunda əkinçiliklə məşğul olan şəxsləri daşıyan avtobusun yoldan çıxaraq dərəyə yuvarlanması nəticəsində iki nəfər ölüb, 18 nəfər yaralanıb.
Olaylar.az Oxu.az-a istinadən xəbər verir ki, "Anadolu" hadisə yerinə təcili tibbi yardım briqadaları və xilasetmə qrupları cəlb edildiyini bildirib.
Yaralıların xəstəxanaya yerləşdirildiyi bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31