Almaniya “Şimal axını 2”dən istifadə ehtimalını rədd edib

Olaylar.az xəbər verir ki, Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi Naziri Robert Habeck,  Almaniyanın ölkədəki enerji böhranını aradan qaldırmaq üçün "Şimal axını 2"dən istifadə etməsi "seçim deyil"- deyə söyləyib.

Münhendə keçirilən konfransda medianın suallarını cavablandıran Habek deyib: "Şimal axını 2-yə çıxış yoxdur, o, sanksiyalar altındadır".

O, məhdudiyyətlərin Amerikanın sanksiya rejimi tərəfindən qoyulmasına aydınlıq gətirib.

Habek dəfələrlə bəyan edib ki, Almaniya hökuməti Rusiyanın enerji təchizatından asılılığını azaltmağa çalışır. Rusiya qazını əvəz etmək variantlarından biri mayeləşdirilmiş təbii qazın (LNG) tədarüküdür.

Bununla belə, Habek-in gələn qış ölkənin enerji təchizatını təmin etmək üçün LNG tədarük etmək planı iflasa uğramaq ərəfəsindədir. Əsas problem LNG tankerlərinin kifayət qədər olmamasıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31