Pakistanda leysan yağışlar nəticəsində 25 nəfər ölüb
6 İyul 2022 12:08 DünyaPakistanın qərbindəki Bəlucistan əyalətində leysan yağışların səbəb olduğu sel nəticəsində azı 25 nəfər ölüb.Olaylar.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.Bildirilib ki, hadisə nəticəsində 35 nəfər yaralanıb. Həlak olanlardan 4-nün uşaq olduğu qeyd edilib.
Məlumata görə, təbii fəlakət nəticəsində ən çox zərər əyalətin mərkəzindəki Kvetta ərazisinə dəyib.Bəlucistan hökuməti mövcud vəziyyətlə məşğul olmaq üçün paytaxtda fövqəladə vəziyyət elan etmək qərarına gəlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31