Ermənistanda bankda partlayış: Ölən və yaralılar var

Ermənistanın Araqatsotn vilayətinin Əştərək şəhərində yerləşən banklardan birində partlayış baş verib.

Olaylar.az bildirir ki, Oxu.az "Sputnik Ermənistan"- a istinadən xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Səhər saat 09:07-də ​​Əştərəkdə yerləşən banklardan birində baş vermiş partlayışdan sonra yanğın başlayıb. Əraziyə xilasetmə dəstələri göndərilib. Yanğın saat 09:25-də söndürülüb.

Hadisə nəticəsində bir nəfər ölüb, daha beş nəfər yaralanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31