Praqanın mərkəzində ukraynalı analara həsr olunmuş heykəl quraşdırılıb

Çexiyanın Praqa şəhərinin mərkəzində ukraynalı analara həsr olunmuş "Çələng" adlı heykəl quraşdırılıb.

Olaylar.az Oxu.az-a istinadən xəbər verir ki, Gazeta.ru kompozisiyanı çex rəssamı Veronika Psotkovanın hazırladığını bildirib. Onun sözlərinə görə, çələng Ukrayna xalqını simvolizə edir. Həmçinin bu, Günəşlə əlaqələndirilir və bu səbəbdən də çələngli qız yüksələn Günəşi, eyni zamanda qadınlıq və gəncliyi  təcəssüm etdirir.

KİV-in məlumatına görə, nazik metaldan hazırlanmış heykəl bir neçə metr hündürlükdə havadan asılı vəziyyətdədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31