Latviya məcburi hərbi xidməti bərpa edir
6 İyul 2022 10:43 Dünya"Latviyada məcburi hərbi xidmət bərpa edilə bilər, artıq bununla bağlı plan da hazırlanıb".
Olaylar.az Oxu.az-a istinadən xəbər verir ki, leta.lv bildirir ki, bu sözləri Latviyanın müdafiə naziri Artiks Pariks deyib.
Nazir qeyd edib ki, Latviya vətəndaşlarının icbari hərbi xidmətə cəlb edilməsi beş il ərzində mərhələlərlə tətbiq olunacaq.
Qeyd edək ki, iki milyon əhalisi olan Latviyada məcburi hərbi xidmət 2007-ci ildə ləğv edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31