Müdafiə Nazirliyinin ehtiyacları üçün əlavə 1 milyard avro ayrılacaq
5 İyul 2022 21:59 DünyaUkrayna ətrafında yaranmış vəziyyət fonunda İspaniya hökuməti ölkənin Müdafiə Nazirliyinin ehtiyacları üçün əlavə 1 milyard avronun ayrılmasını təsdiqləyib.
Olaylar.az Trend-ə istinadən bildirir ki, söhbət Nazirliyə birdəfəlik vəsaitin köçürülməsindən gedir.
Qeyd edək ki, Madriddə keçirilən NATO sammitində alyans liderləri təşkilata üzv olan bütün ölkələrin ÜDM-in 2 faizi həcmində müdafiə xərclərinə nail olmaq barədə razılığa gəliblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31