“Biz Özbəkistan hakimiyyətinin ənənəvi metodlarına əl atmasından narahatıq" - Strazers

"Özbəkistan hakimiyyəti Nukusda (Qaraqalpaq-red:) baş verənləri dərhal açıqlamalı, etirazçılara qarşı güc tətbiqi ilə bağlı qərəzsiz, müstəqil və hərtərəfli araşdırma aparmalı və günahkarların ədalətli mühakimə olunmasını təmin etməlidir".

Olaylar.az xəbər verir ki, bunu "Amnesty International"ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Strazers deyib.

"Biz Özbəkistan hakimiyyətinin müstəqil səsləri susdurmaq, informasiyanı bloklamaq, o cümlədən fövqəladə vəziyyət elan etmək kimi, ənənəvi metodlarına əl atmasından narahatıq. Nukusda internet və mobil rabitənin bağlanması dünyanın nə baş verdiyini bilməsinə mane olur", - Strazers bildirib.

O qeyd edib ki, hakimiyyəti tənqid edən hüquq müdafiəçilərinin saxlanılması və işgəncə və digər pis rəftara məruz qalması ilə bağlı xəbərlər daxil olub. Lakin informasiya blokadası bu məlumatların yoxlanılmasını qeyri-mümkün edir.

azpost

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31