Efiopiyada 150-dən çox dinc sakin həlak olub

Olaylar.az xəbər verir ki, Son həftələrdə kütləvi qətllərin yaşandığı Efiopiyada dünən həyata keçirilən yeni hücumda 150-dən çox mülki vətəndaşın həlak olduğu bildirilib.

Efiopiyanın baş naziri Abiy Əhməd hücumun hökumət tərəfindən terror təşkilatı elan edilən Oromo Azadlıq Cəbhəsi-Şene tərəfindən həyata keçirildiyini bəyan edib.

Son 4 ildə Efiopiya, Oromiya, Qambella və Benişangul Gumuz bölgələri zaman-zaman qarşıdurmalara səhnə olub.

Oromiya bölgəsində ölkənin ikinci ən böyük etnik qrupu olan Amharalara qarşı hücumlar tez-tez baş verir.

Efiopiyada üsyançı qrup Oromo Azadlıq Ordusu (OLA), Oromo Azadlıq Cəbhəsi-Şene və Qambella Azadlıq Ordusunun 14 iyunda təhlükəsizlik qüvvələrinə hücumunun dəf edildiyi açıqlanıb.

İyunun 18-də Oromiyanın Tole Kebele və Gimbi Woreda qətliamında 338 mülki şəxs həlak olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31