Antalyada baş verən qəzada yaralanlardan üçü rusdur

Türkiyədə baş verən qəza nəticəsində 3 Rusiya vətəndaşı yaralanıb. Olaylar.az xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.
Qəza  Antalyada  Akseki-Seydişehir avtomobil yolunda baş verib. Turistlərin olduğu mikroavtobus avtomobillə toqquşub.
Qeyd edək ki, hadisə zamanı Rusiya vətəndaşları Viktoriya Borisenko, Natalya Şlapakova və Yekaterina Dormidontova da daxil olmaqla 9 nəfər xəsarət alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31