“McDonald's” daha bir ölkədə restoranlarını BAĞLADI
5 İyul 2022 13:28 Dünyaİaşə xidməti göstərən ABŞ-ın "McDonald`s" şirkəti daha bir ölkədə restoranlarını bağlayıb. "McDonald`s"ın fəaliyyətini dayandırdığı növbəti ölkə Qazaxıstandır. "McDonald`s" şirkəti açıqlamasında restoranların bağlanmasını texniki səbəblərə əlaqələndirib.
Məlumata əsasən Qazaxıstanda "McDonald`s"ın 16 restoranı var. Onların hamısının fəaliyyətini eyni vaxtda dayandırması maraqla qarşılanıb. Şirkət problemləri ən qısa zamanda aradan qaldıracağını və işi bərpa edəcəyini vəd edib.
Sfera.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31