Ukrayna Silahlı Qüvvələri Bryansk vilayətinin Zernovo kəndini atəşə tutub

Olaylar.az xəbər verir ki, Ukrayna hərbçiləri Rusiya Federasiyası və Ukrayna sərhədində yerləşən ərazilərə hücumlarını davam etdirir. 

Bu barədə iyulun 5-də qonşu ölkənin Sumı və Çerniqov vilayətləri ilə həmsərhəd olan Bryansk vilayətinin ərazisinin Ukrayna tərəfindən atəşə tutulması barədə məlumat yayılıb.

Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz baş verənlərlə bağlı danışıb. "Bu gün səhər saatlarında Ukrayna ərazisindən Suzemski rayonunun Zernovo kəndini artilleriyadan atəşə tutublar. "Təxminən 18 atış qeydə alınıb". Rayon rəhbəri əlavə edib ki, itki yoxdur. Atışma yerində əməliyyat xidmətləri davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31