Bodruma gedən sərnişin avtobusu aşdı: Çox sayda ölən və yaralanan var - FOTO/VİDEO
5 İyul 2022 10:44 DünyaTürkiyənin Kırklareli şəhərində Ədirnədən Bodruma gedən sərnişin avtobusu aşıb.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, "Haber Global" "Nilufer Turizm" şirkətinə məxsus avtobusun Lüleburqaz rayonunda yoldan çıxaraq aşması nəticəsində altı nəfərin həlak olduğunu, 25 nəfərin yaralandığını bildirib. Həlak olanlardan biri uşaqdır.
Əraziyə çox sayda səhiyyə işçisi, xilasedicilər cəlb ediliblər. Çox sayda yaralı xəstəxanaya yerləşdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31