Rusların hücumu dəf edildi - Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı
4 İyul 2022 23:45 DünyaXarkov vilayətində Ukrayna hərbçiləri Sosnovka istiqamətində rusların hücumunu dəf edərək onları geri çəkilməyə məcbur edib.
Olaylar.az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, ruslar Xarkov şəhərini və onun şimal, şimal-şərq və şərqindəki yaşayış məntəqələrini atəşə tutmaqda davam edir. Ruslar Petrovka kəndi yaxınlığına da havadan zərbələr endirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31