"Ukraynadan taxıl ixracının alternativ yollarını araşdırmaq lazımdır" - Conson

Böyük Britaniyanın Baş naziri Boris Conson Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Ukrayna məsələsində göstərdiyi səylərə görə təşəkkür edib.

Olaylar.az "report"a istinadən bildirir ki, parlamentdə çıxış edən Baş nazir qeyd edib ki, mövcud vəziyyətin həllində Türkiyənin rolu mühümdür və bu ölkə mümkün olan hər şeyi edir.

"Britaniya minalardan təmizləmə imkanları, eləcə də taxıl ixracında gəmilər üçün sığorta imkanları təklif edirik", - Conson deyib.

Onun sözlərinə görə, Bosfor boğazından istifadə etmək mümkün deyilsə, Ukraynadan taxıl ixracının alternativ yollarını araşdırmaq lazımdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31