ABŞ-da Müstəqillik Günü paradında atəş açıldı - VİDEO
4 İyul 2022 21:36 DünyaABŞ-ın İllinoys ştatında Müstəqillik Günü paradında silahlı şəxs atəş açıb.
Olaylar.az sfera.az-a istinadən xəbər verir ki, hadisə Haylend Parkda baş verib.
Məlumata görə, nəticədə azı iki nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.
Yerli sakinlər 25-ə yaxın atəş səsi eşitdiklərini bildiriblər.
İnsidnetin baş verdiyi əraziyə polis və yanğınsöndürmə xidmətləri gəlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31